Yaxın günlərdə müharibə əlilləri və şəhid ailələri sevinəcək (FOTO)

23-12-2015, 11:22           
Yaxın günlərdə müharibə əlilləri və şəhid ailələri sevinəcək (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Sərəncamı bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.

Sərəncama əsasən qeyd olunan kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

ANS PRESS-in məlumatına görə, qeyd olunan vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası, yəni nazirlik tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb.

Onlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev, habelə 3 şəhərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, eləcə də Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Beləliklə, cari ilin ötən dövründə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.