9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR

26-03-2020, 11:30           
9 və 11-ci sinif şagirdlərinə
"DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq".

Bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:

"Amma 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11-ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər.

Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq".

Ekspert qeyd edib ki, hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru