"Azərbaycanda 125 manat ödəniş olarsa, çox adam evdən çölə çıxmaz" - İqtisadçı

27-03-2020, 07:53           
"Azərbaycanda 125 manat ödəniş olarsa, çox adam evdən çölə çıxmaz" - İqtisadçı
"ABŞ koronavorusa yoluxanların sayına görə dünyada 1-ci yerə çıxdı. Burda yoluxmaq ehtimalı başqa ölkələrlə müqayisədə yüksək olsa da daxilən narahat deyiləm. Çünki, tibbi sığortam, həkimlərə inamım, dərmana, qidaya etimadım var. Ona görə də burdakıların deyil, Azərbaycandakıların narahatlığını yaşayıram. Bilirəm ki, vətəndə olanlar müdafiəsizdir, həm iqtisadi, həm də sağlamlıq baxımdan".

Pravda.az-ın xəbərinə görə, bunu ABŞ-da yaşayan iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, ölkədə tibbi sığorta yoxdur, səhiyyəyə, həkimə, dərmana da güvənc itib: "Allah eləməmiş, viruslu xəstələr çoxalarsa onlara xidmət etmək üçün yalnız infrasturktur problemi ilə deyil, həm də tibbi ləvazimatlar və avadanlıqların çatışmazlığı ilə qarşılaşacagıq. Amma bütün bunlar böyük əksəriyyəti qayğılandırmır. Elə bil ki, ətrafda nələr baş verdiyini görmürlər. Belə münasibət xalqı təhlükə altına atır. Metronu bağla deyirik, susurlar, sanki gözləyirlər ki, metro sərnişinsiz işləsin və öz-özünə dayansın. Siyasi məhbusları azad etməyə çağırış edirik, Tofiq Yaqublunu şərləyib həbsə atıb, məhbəsdəkilərin sayını artırır, ölkənin nüfuzunu da daha da aşağı salırlar. Əhaliyə çağırış edirik ki, evdə qalın, bunu eşidənlənlərlə əməl edənlər arasında fərq azalmaqdansa, əksinə artır. Anlayıram ki, bəziləri evdə ona görə qala bilmir ki, günəmuzd işləyir. Onlara gerçəkdən dövlət sahib çıxmalıdır ki, hər gün evdən qazanc dalınca çıxmasınlar.
Bu gün ABŞ qərar verdi ki, əgər ailədə 1 nəfərin illik gəliri 75 min, 2 nəfərin illik gəliri 150 min dollardan azdırsa, onda aprelin 6-dan başlayaraq vergi idarəsi ailənin 17 yaşından yuxarı üzvlərinin hər birinin hesabına 1.200 dollar, 17 yaşdan aşağı olan üzvlərinin hər birinə isə 500 dollar vəsaiti birbaşa bank hesabına transfert edəcək. Azərbaycanda 1200 dollar, yox, hətta aztəminatlı ailələrdə üzvlərin hər birinə ayda minimum əmək haqqının 0.5 misli qədər - 125 manat ödəniş olsa çox adam evdən çölə çıxmaz, oturub kasıblığın edər, vurusdan özünü qoruyar, bununla da həm ailəsini, həm də cəmiyyəti xilas edər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.