TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı AÇIQLAMA

2-04-2020, 16:47           
TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı AÇIQLAMA
Ölkəmizdə koronavirus (COVİD -19) infeksiyasına yoluxmuş şəxslərin meyitlərinin dəfn olunması məsələsi bir müddətdir ki, ən çox soruşulan suallardandır.

Bununla bağlı Sonxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva danışıb. O, koronavirusdan dünyasını dəyişən şəxslərin dəfni ilə bağlı yeni qaydaların olacağını bildirib:

"Əgər şəxsin COVİD 9 virusu ilə dünyasını dəyişdiyi şübhəli olarsa, o zaman mərhumdan analizlər götürülür. Ölən şəxsin koronavirus xəstəsi olduğu bilinərsə, yəqin ki, ailəyə dəfn üçün təhvil verilir. Hazırda meyitin nə cür dəfn ediləcəyi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bu da yaxın zamanlarda açıqlanacaq".

Qeyd edək ki, ölkəmizdə hazırda 400 aktiv koronaviruslu xəstənin olduğu, 5 nəfər şəxsin isə bu virisdan dünyasını dəyişdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru