Əhaliyə ödəmələr bu həftə başlaya bilər

2-04-2020, 17:35           
Əhaliyə ödəmələr bu həftə başlaya bilər
"Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik".

Teref.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankın iş zəncirinə zərbə vurmamağa, bankloarın müflisməməsinə çalışılmalıdır:

"Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib ".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru