Mirdamət Sadıqov prorektor təyin olundu

2-04-2020, 21:26           
Mirdamət Sadıqov prorektor təyin olundu
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə gətirlib.

Teref.az olaraq qeyd etmək istəyirik ki, Sadıqov Mirdaməd Mirsadıq oğlu 2010-cu ildə təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar Elm xadimi" fəxri adı verilmişdir.
2020-ci ilin mart ayında isə Azərbaycanın ictimai-siyasi həyatında uğurlu fəaliyyətinə görə "Şöhrət" ordeni isə təltif edilib.
Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.
Qeyd edək ki, M.Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru