“Virtual məktəb” portalında 36 min şagird qeydiyyatdan keçib – Təhsil Nazirinin müşaviri

3-04-2020, 21:15           
“Virtual məktəb” portalında 36 min şagird qeydiyyatdan keçib – Təhsil Nazirinin müşaviri
“Virtual məktəb” portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır”.

Bunu Təhsil Nazirinin müşaviri Elnur Məmmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər: “Müxtəlif məktəblərdən olan həmyaşıdları ilə videobağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər.

Qeydiyyatdan keçmiş şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur”.

“Elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. “Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək”, – Elnur Məmmədov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru