Deputatın unu qaldırması dükanlara da sirayət etdi - FOTO

24-12-2015, 13:40           
Deputatın unu qaldırması dükanlara da sirayət etdi - FOTO
Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur.

Aznews.az xəbər verir ki, qiyməti artan məhsullardan biri də undur. Əməkdaşımızın paytaxt mağazalarında apardığı müşahidələrə əsasən un 14 qəpik bahalaşıb. Belə ki, marketlərdə əvvəl 36-38 qəpik arasında olan Karmen markalı un artıq 50 qəpiyə satılır.

Unun qiymətinin bahalaşması isə çörəyə də təsirsiz ötüşməyib. Satıcıların sözlərinə görə, çörəyin qiymətində artım müşahidə olunmasa da, çəkisində kəskin azalma müşahidə olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru