DTX-nın silsilə həbsləri Şirvanda məmurları TƏŞVİŞƏ SALDI - icra başçısı xəstəxanaya yerləşdirildi
9-05-2020, 19:53
Şirvan icra başçı DTX əməkdaşlarının hər an icra hakimiyyətində görünə biləcəyi qorxusundan başını itirib.
Xeberfakt.az bildirir ki, bu barədə , Şirvanda yaşayan jurnalistlərdən biri məlumat verib.
İddia edilib ki, DTX-nin rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi Şirvanın icra başçısı İlqar Abbasovun canında qorxu və həyacan yaradıb. İki gündür işə gec gələn icra başçısı bu gün tələsik masasının arxasına keçərək köməkçisinə özünü yaxşı hiss etmədiyini və həkim çağrılmasını bildirib. İcra hakimiyyətinə çağrılan Təcili Tibbi Yardım maşını rayon rəhbərini xəstəxanaya, ordanda evinə aparıldığı deyilir.
Bundan başqa, gələn xəbərlərdə, koorrupsiyaya batmış bir digər vəzifəli şəxs Şirvan Olimpiya İdman Kompleksinin rəhbəri İlham Səfərovun da xəstə olduğu deyilib. O, DTX -nın xofundan həkimdən xəstəlik arayışı alaraq, evində özünü yataq xəstəliyinə vurduğu bildirilir.
Xatırladaq ki, bir neçə ay qabaq Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlunun korrupsiya cinayətlərində İlham Səfərovun adı birgə hallanırdı.