Gədəbəyin icra başçısının bahalı uşaq bağçası – Foto

14-05-2020, 12:16           
Gədəbəyin icra başçısının bahalı uşaq bağçası – Foto
Gədəbəyin icra başçısı İbrahim Mustafayevə məxsus olduğu iddia edilən özəl uşaq bağçası üzə çıxıb.
Reportyor.info xəbər verir ki, jurnalist Zaur Qənbərov “Nərgiz” uşaq bağçasının icra başçısına aid olduğu iddia edib.
Onun sözlərinə görə, aylıq ödənişi 400 manat bağça İ.Mustafayevindir. Həmçinin, Göygöldə və Bakıda villası, restoranı olduğu qeyd edilib.
Qanunla dövlət məmuru bizneslə məşğul ola bilməz. Üstəlik, prezident yerlərə yeni kadrlar təyin etməklə onlara etimad göstərir.
Dövlət başçısı son açıqlamasında açıq şəkildə bildirib ki, digərləri həbs edilən icra başçılarının acı taleyini yaşamaq istəmirlərsə, dərs çıxarmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru