İcra başçısı “Razin dağı”nın qabağını satıb (FOTO)

15-05-2020, 17:27           
İcra başçısı “Razin dağı”nın qabağını satıb (FOTO)
Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev Bakıxanov qəsəbəsində yerləşən “Razin dağı”nın qabağını da satıb.

HİT.Az-ın məlumatına görə, mağaranın ərazisi bir sahibkara verilib və yerində obyekt tikilir.

Bildirilir ki, A.Vəliyev Sabunçu rayonunda boş torpaq qoymur. İcra başçısı gözəgəlimli yerləri peşkəş edib.

Tarixi məlumatlara görə, “Razinin xəzinəsi” bu dağdakı mağaradadır. Rəvayətə görə, mağaraya gələn kazak quldur Stepan Razinin taladığı sərvəti və əsirləri, həm də Salyan xanının qızını əsir götürüblər.

Deyilənə görə, Razin xanın qızı ilə bu mağarada bir müddət yaşayıblar. Rəvayət olunur ki, sonra onu “su tanrısı” İvan Qorınoviçə qurban vermək üçün Xəzərə atıb.

Sovet vaxtı hər mayın 2-də bu dağda insan izdihamı olarmış. 1 may Əməkçi Gününün ertəsi insanlar burada piknik təşkil edirdilər. İndisə dağın önü satılıb və qarşısında tikinti aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru