Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib - RƏSMİ

16-05-2020, 00:03           
Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib - RƏSMİ
1 268 090 (o cümlədən, yaşı 65 və yuxarı olan 646 150) pensiyaçıdan Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan 408 490 (o cümlədən, yaşı 65 və yuxarı olan 213 137) pensiyaçıya əmək pensiyası 6-8 may tarixlərində ödənilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə 859 600 (o cümlədən, yaşı 65 və yuxarı olan 433 013) pensiyaçının pensiyası isə mayın 15-də onların bank hesablarına köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru