Ailə başçısını itirən şəxslərə mühüm xəbər- Hansı yüksək məbləğdədirsə...

17-05-2020, 00:00           
Ailə başçısını itirən şəxslərə mühüm xəbər-
Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.

Dövlət tərəfindən sosial təminat sistemi ilə əhatə olunan həssas əhali qruplarından biri də ailə başçısını itirmiş ailələrdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirlik tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir.

Ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb, bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb. Həmçinin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru