Heydər Əsədovdan daha bir kadr islahatı... - Camal Quliyevlə bağlı sürpriz qərar
9-01-2016, 15:51
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tutduğu vəzifəsindən azad edilir. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaqlar informasiya verib.
Mənbə bildirir ki, Camal Quliyevə qarşı eyni zamanda konkrte ittihamlar olduğundan barəsində hüquqi araşdırmalar da başladılacaq.
Mənbənin dia.az-a söylədikləri: "Qərar gələn həftə rəsmiləşəcək. Bu barədə nazirlikdə müəyyən tədarüklər görülür. Və ən maraqlısı da odur ki, Camal Quliyev bəzi proseslərdən xəbərsizdir və çox şeylər onun üçün sürpriz xarakteri daşıyacaq"...