Krediti 10 min dollara kimi olanlara - Şad xəbər

14-01-2016, 10:13           

Unibankın sədri: “Əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası üzərində işləmək tapşırılıb”

Devalvasiya nəticəsində Dollarda krediti olanların borcları iki qat çoxalıb.

“Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov bu məsələyə, “burda bizim fikrimizcə, dövlət dəstəyi lazımdır” şəkildə münasibət bildirib və sözlərinə belə davam edib:

“Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni, dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə MB -nın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində MB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”.

O, “Yaxşı, amma 360 min əhalinin bir hissəsidir. Bəs digərləri necə olsun?” sualına belə cavab verib.

“Siz qeyd etdiyiniz kimi iqtisadiyyatın enişi fonunda fərdi sektorda çoxsaylı iş yerləri ixtisarı gedir və dövlət də həmçinin xərcləri azaldır, qiymətlər isə qalxır. Bəli, bizə antiböhran proqramı lazımdır. Dövlət yardımı olmadan, bu böhranın nəticələrini yumşaltmaq mümkün olmayacaq. Mənə elə gəlir ki, biz bir az gecikirik. Baxın, qonşu ölkə Qazaxıstan artıq belə bir proqram yaradıb.

Hökumətin bütün iqtisadi bloku bu sahədə səylərini birləşdirməlidir, bank sektorunun, kiçik və orta sahibkarlığın və aztəminatlı əhalinin dəstəklənməsi üçün kompleks plan hazırlanmalıdır. O proqram işsizliyin səviyyəsinin, ölkədəki inflyasiyanın nəzarətinə və nəticədə kiçik və orta biznes müəssisələrinin vergi bazasını genişləndirərək, büdcə gəlirlərinin yüksəlməsinə yönəlməlidir.

Bu gün qızıl-valyuta ehtiyatlarının saxlanılması, milli valyutanın məzənnəsinə nəzarət və büdcə vəsaitlərinin ixtisarı istiqamətində böyük səylər göstərilir. Bunlar hamısı çox vacibdir. Lakin bunlar yalnız taktiki məsələlərdir. Biz strateji məsələlərə - neft pulları olmadan yeni iqtisadi model qurmağa daha çox diqqət ayırmalıyıq. Bu iqtisadi modeli böyüyən biznesin əsas maliyyə mənbəyi olan güclü bank sistemi olmadan qurmaq mümkün deyil. Onları isə bu gün dəstəkləmək lazımdır. Həm biznesi, həm bankları”./carci.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.