Ehtiyatda olan P/L "Azərsun"-a müraciət etdi
16-01-2016, 12:55
Entiyatda olan polkovnik- leytenant Abuzər Əbilovun teref.aznun poçtuna göndərdiyi yazını sizə təqdim edirik:
Salam AZƏRSUN.
Son günlərin hadisələri məni də axırda iqtisadi məsələlərə maraq verməyə vadar etdi. Azərbaycan məkanında ən böyük şirkətlərdən biri olan və rəsmi mənbələrdə daxili istehsalçı qismində təqdim edilən "Azərsun Holdinc"-in son acıqlaması məni sözün düzü elə heyrətləndirdi ki,təccübdən əlilən cənəm,hələ də avtoservisdə,dəmircinin yanındadır.
Yaxşı ay başına döndüyüm,o Molla Nəsrəddin həyat yoldaşına demişkən:Əyər bu pişikdisə,ət hanı,əyər bu ətdisə onda pişik hanı.
Yaxşı mən kəmsavad belə anlayır və dədə babadan belə görmüşəm ki,həyətdə,bostanda ,nə bilim evin damında nəsə əkirsənsə və sonra ona qulluq edib becərirsənsə və sonda onu yeşiyə qoyub bazara aparırsansa-buna bizim dildə deyilir "daxili istehsal".Bəlkə Azərsunda bizim dili bilən yoxdur? Bir tərcüməci lazımdır?
Gəl Sənə bir necə savadsız sual verim:
-Sənin bizə satdığın Zahid demişkən tomatın nəyi isə xaricdən niyə gətirilir? Məyər Xacmaz zonasına Nüvə başlıqlı raketlə zərbə endiriblər?Yoxsa pomidorlar Xacmaz torpağına "sanksiya" elan ediblər? Niyə bəs bu torpaqlarda pomidor və kənd təsərrüfatı məhsullarını əkmədən,becərmədən,xaricdən konsentrat gətirib,bankalara doldurub bu millətə sırıyırsınız?
-O boyda Lənkəran SSRİni cayla təmin edirdi. İndi Sən bizə güya "Tam ətirli Seylon" çayı satırsan. Orda Seylonun adresindən bir qırıq olsa-onda o çay aparan TIR maşınınla gəl mənim üstümdən keç. Çay da stəkana girər,girməz bizim qonşu Tükəzban arvad kimi qızararmı?Çay da dəm almamış Fransız ətiri kimi iyi aləmi bürüyərmi? Ya Sənin çaydan başın cıxmır,ya da mən hec ömrümdə çay görməmişəm. Bəs ay daxili istehsalçımız,niyə Lənkəran zonasında çay plantasıyaları yaratmaqdan vaz kecib,saman cöpünə rəng yaxıb,qutulara dolduraraq "daxili istehsal" adı ilə bizə soxuşdurdunuz və hələ birt xammalı da qalxdı oldu brilliant qiymətinə?
-Zamanlar vardı ki,Günəbaxan yağında nəsə bişirəndə,ətraf məhəllədə ətrindən ac adamın qarnı quruldayırdı. İndi Sənin istehsal etdiyin "Günəbaxan" yağının qoxusu Ceyms Bond kimi elə gizli qalır ki,kriminalistlər onu hec böyüdücü şüşə ilə də tapa bilmirlər.Yaxşı mənə de görüm,Azərbaycanın torpağı Ağcaqum səhrasıdır ki,burada Günəbaxan bitmir? Ay başına dönüm,mənim həyətimdə bir Günəbaxan toxumunu yerə basdıranda,"Galonvagerin" təkəri boyda yetişir-bəs Sən niyə bunu da xammal kimi dollarla alırsan? Bu bir yana ,o Günəbaxan yağının özünü heç Günəbaxana göstərmisən? Onun Günəbaxandan xəbəri var?
-İstehsal etdiyin şəkər tozu,qəndin şəkərliliyi bir yana,mən ölüm onu nədən istehsal edirsən ki,o da dolları görüb general olub? Axı yadımdadır ki aləmə car cəkdin ki"Artıq daxildə əkin başlanıb,şəkər cuğundurundan istehsal edilir". O şəkər cuğunduruna mənim yerimə bir sual ver-qohumları Amerikada yaşayır ki,o da dollara görə bahalaşıb?
Nəsə hələ cox şeyi yazmıram. Abrıma bükülüb qalmışam a Azərsun. Gəl düzün danışaq ki,Sən "daxili istehsalcı" yox-banka,butulkadolduransan. Daxili istehsalı mən sənə yuxarıda göstərdim.İstəyirsən anla,istəyirsən anlama. Ancaq axırda mən deyən olacaq. Zaman gələcək ki,Sənin kimi "istehsalçıları" qovub pişiyi it damına saldıqları kimi salacaqlar Azərbaycandan kənara.
Düzünü deyim ki,Vallahi lap Haqq edəcəklər.
Ehtiyatda olan p/l A.Əbilov