DIN BDYPI-nin rəsmi mövqeyi - Saytımızın yazısına cavab verdilər.- MÖVQE

15-08-2020, 11:23           
DIN BDYPI-nin rəsmi mövqeyi - Saytımızın yazısına cavab verdilər.- MÖVQE
Teref.az xəbər verir ki, saytımızın dərc etdiyi şikayəti DİN Baş DYP İdarəsində araşdırıb məsələni qanun çərçivəsində həll ediblər.
DİN Baş DYP İdarəsi bu barədə redaksiyamıza rəsmi mövqeyini göndərib. Teref.az olaraq DİN Baş DYP İdarəsinin mövqeyini oxuculara təqdim edirik:
Hörmətli redaksiya,
Saytınızın 13.08.2020-ci il tarixli səhifəsində dərc edilmiş “Yelmar
Həsənov 6 nömrəli kabinetdə oturub, Ucarda camaatı soymaqla məşğuldur?!”
başlıqlı məqalə ilə əlaqədar bildiririk ki, Ucar rayonu Qulabənd kənd
sakini Şıxaliyev Rauf Variz oğlunun şikayəti əsasında özünün iştirakı
ilə müvafiq araşdırma aparılmış, müəyyən məqamlara aydınlıq
gətirilmişdir. Belə ki, vət. R.Şıxaliyev 10.08.2020-ci il tarixdə
"Mersedes BENZ" C 180 markalı, 99 KT 541 dövlət qeydiyyat nişanlı
avtomobili DİN Baş DYP İdarəsinin Yevlax regional qeydiyyat imtahan və
texniki baxış şöbəsində öz adına rəsmiləşdirmək istəyərkən həmin
nəqliyyat vasitəsilə törədilmiş yol hərəkəti və yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati
xətalara görə tətbiq edilmiş, lakin ödənilməmiş inzibati cərimələr
olduğuna görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun
27-ci maddəsinin V hissəsinin tələblərinə uyğun olaraq qeydiyyat
hərəkətlərinin aparılmasından imtina edilmiş və o, elektron qərarlar
üzrə cərimələri ödədikdən sonra avtomobil adına rəsmiləşdirilmişdir.
R.Şıxaliyev ödədiyi məbləğin müəyyən hissəsinin cərimə ödənişi olduğunu
bilmədiyi üçün KİV-lərə yanlış məlumat verdiyini və yazılı şəkildə heç
bir şikayət və tələbinin olmadığını bildirmiş, qeyd etdiklərinin nəzərə
alınmasını xahiş etmişdir.

DİN Baş DYP İdarəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.