“Yeganə çıxış yolum avtomobili şirkətin qarşısında yandırmaqdır“ - ŞİKAYƏT VAR

21-01-2016, 15:09           
“Yeganə çıxış yolum avtomobili şirkətin qarşısında yandırmaqdır“ - ŞİKAYƏT VAR
“Atəşgah sığorta dəymiş ziyanı ödəməkdən imtina edir və “gedin, istədiyiniz yerə şikayət edin” deyir”.

Bu sözləri zərərçəkmiş Abdulov Maqsud Bəymirzə oğlu redaksiyamıza göndərdiyi məktubda qeyd edir. M.Abdulovun məktubunu təqdim edirik:

“Mən, Abdulov Maqsud Bəymirzə oğluna məxsus “10 KA 454” dövlət nömrə nişanlı "nissan maxma" markalı avtomobilim digər sürücü tərəfindən vurulub. Hər iki maşının sığortalandığı şirkət və Dövlət Yol Polisi nəfərləri hadisə yerinə dəvət olundu. Məlum oldu ki, günah mənim avtomobilimi vurandadır. Həmin maşın da Aatəşgah sığorta şirkətində icbarı sığortalanıb. Qanuna görə Atəşgah sığorta mənim avtomobilimi əvvəlki vəziyyəti kimi təmir etdirməlidir. Lakin sığorta şirkəti heç bir əsas olmadan, özünə sərf edən formada qiymətləndirmə aparıb. Nəticədə 320 manat ödəmək istəyir. Bu məbləğ isə dəymiş ziyanın heç 10 faizi deyil. Mən qiymətləndirmə ilə razılaşmadım və ekspertlərin dəvət olunmasını tələb etdim. Şirkət heç bir sözə məhəl qoymur və ziyanı ödəməkdən açıq şəkildə imtina edir. Sonuncü dəfə rəhbərlik məni hədələdi və "hara istəyirsən, şikayət et" deyərək otağından qovdu. Yeganə çıxış yolum avtomobili şirkətin qarşısında yandırmaqdır. Hörmətli redaksiya, xahiş edirəm başıma gətirilənləri ictimailəşdirməkdə mənə yardımçı olun”.
pia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.