İsmət Abbasovla bağlı ilginc İDDİA - Yerli banklardan 6 milyon dollar alıb
21-01-2016, 18:43
Keçmiş Kənd Təsərrüfatı Naziri, Hazırki baş nazirin müavini İsmət Abbasovla bağlı ilginc iddiaların yer aldığı informasiya almışıq. DİA.AZ-a ötürülən informasiyaya görə, keçmiş nazir bu günlərdə yerli banklardan birinin araçılığı ilə 6 milyon dollar satın alıb.
Xatırladaq ki, dia.az olaraq yerli bankların məmurlara 2 manatdan dollar satıldığı barədə iddiaları diqqətinizə təqdim etmişdik. Və elə İsmət Abbasovun da 6 milyon ABŞ dollarını 2 manatdan satın aldığı söylənilir.
Bu da o deməkdir ki, sabiq nazir dollarlar üşün 12 milyon manat pul xərcləyib...
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.