İkinci dəfə tətbiq edilən karantin fərqli olacaq

4-11-2020, 06:50           
İkinci dəfə tətbiq edilən karantin fərqli olacaq
Böyük Britaniyanın paytaxtı Londonda ikinci dəfə tətbiq ediləcək karantin rejimi mart ayından bəri qüvvədə olmuş məhdudlaşdırmadan bir sıra məqamlarına görə fərqlənib.

Teref.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri yeni tətbiq ediləcək milli karantin rejimi barədə danışarkən bildirib.

Hökumətin yeni qərarına görə, paytaxtda qeyri-ərzaq dükanları, restoran və pablar, idman mərkəzləri bağlanacaq, insanlara imkan daxilində evdə işləmək tapşırığı veriləcək.

Məhdudlaşdırmalar fonunda məktəblər və universitetlər isə açıq olacaq.

Həmçinin, muzeylər üçün bilet almış vətəndaşlara müraciətdə bildirilib ki, ziyarət öz qüvvəsindədir.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru