“Günay Sığorta” ASC Azərbaycan Ordusunun hərbçisinə dəymiş zərəri ödəməkdən imtina etməyib. MÖVQE

14-01-2021, 17:51           
“Günay Sığorta” ASC Azərbaycan Ordusunun hərbçisinə dəymiş zərəri ödəməkdən imtina etməyib. MÖVQE
Teref.az xəbər verir ki, 12-01-2021 tarixdə saytımızda dərc edilmiş" “Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - Şikayət" tənqidi məqalə
mizə “Günay Sığorta” şirkəti poçtumuza mövqeyini göndərib. Şirkətin cavab məktubunu təqdim edirik:
“Günay Sığorta” şirkəti zərərçəkən Mürsəliyev Sidqi Balamirzə oğluna sığorta hadisəsi zamanı dəymiş zərərin ödənilməsindən imtina etməyib. Zərər məbləği qanunvericiliyə uyğun olaraq təyin olunan ekspert tərəfindən aparılıb. Zərərçəkənin avtomobili şirkətin əməkdaşlıq etdiyi avtomobil təmiri müəssisəsinə yönləndirilmişdir. Şirkət tərəfindən zərərçəkən ilə əlaqə saxlanılmış və zərərçəkən şirkətdən heç bir narazıçılığının olmadığını bildirmişdir.
Qeyd edək ki Günay Sığorta şirkəti daim Azərbaycan ordusunun yanında olmuş, müharibə zamanı əsgərlərimizə hərbi yataq dəstləri göndərmiş, “Həmrəy olaq” layihəsi çərçivəsində düşmən hücumuna məruz qalmış mülki əhaliyə, qazi və şəhid ailələrinə yardımlar göstərmişdir. Şirkət bundan sonra da Vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza dəstək olacaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.