Daha bir icra başçısı obyektlərini satır- İDDİA

4-02-2016, 23:03           

Ölkə prezidenti İlham Əliyevin keçirdiyi son müşavirə icra başçılarını təşvişə salıb. Etibarlı mənbədən aldığımız məlumata görə,Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev işdən azad edilərək həbs oluna bilər.Prezidentin son müşavirəsində məmurlara, əsasən də rayonların icra başçılarına möhkəm təpinməsi sonuncuları təlaşa salıb. Onlar artıq göz qabağında olan, hamının haqqında məlumatlı olduğu mal-mülklərini tələm-tələsik satıb nağd pula çevirməyə başlayıblar. Prosesi də təbii ki, məxfi şəkildə həyata keçirməyə çalışırlar. Amma nə qədər çalışsalar da bu barədə məlumatlar hər halda yayılır”.

Əmlakı nı tələm-tələsik satışa çıxaran icra başçılarından biridə Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevdir.O, rayondakı bir neçə obyektini satışa çıxarıb. Amma hələ ki həmin obyektləri heç kim almaq istəmir. İcra başçısı tez bir zamanda vəzifəsini itirəcək.
Mənbənin sözlərinə görə,Neftçala rayonunda İsmayıl Vəliyevə məxsus bazarı 500 min manata Masallıdan olan iş adamına satmaq istəyən Vəliyev iş adamının şərti qarşısında çıxılmaz vəziyyətə düşüb.Belə ki, iş adamı başçısına köhnə bazarı təzə bazar ilə birləşdirmək şərti qoyub. İcra başçısı müxtəlif qanunsuzluqlardan istifadə edərək 2 qrup 20 yanvar əlili Məhəmməd Fərzəliyevə məxsus köhnə bazarı təzə bazara köçürtmək istəyib.RX
Qarşı tərəfin fikirlrəinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.