İqtisadiyyatda atılan addımlar idarəetmə sisteminin dəyişməsi baş verməsə, ədalətli məhkəmə sistemi yaranmasa müsbət nəticə verə bilməz...

20-01-2021, 10:41           
Bu statusun şərh bölümündə çoxdandır gündəmə gətirdiyimiz bəzi məsələlərə linkləri yerləşdirəcəm. 44 günlük Vətən Savaşı bitəndən həmən sonra bərpa işlərinin bir mərkəzdən idarə edilməsinin vacibliyini, “yaşıl iqtisadiyyat”, bərpa olunan enerji mənbələrinin qurulması, “smart” şəhər və qəsəbələrinin yaradılmasını gündəmə gətirmişik. Son günlər hökumət tərəfindən eyni yanaşmanı görürük – bu təqdirəlayiq haldır.
Teref.az yazır ki, bunu iqtisadiyyatçı ekspert Natiq Cəfərli yazır.
Daha sonra ekspert yazır, 2013-cü ildən başlayaraq isə ölkədə ərazi idarəedilməsinin yeni mərhələyə keşməyin vacibliyini, “El və Oba” sisteminin tədbiqini təklif etmişik. Sonra təkliflərimizi təkmilləşdirərək iri iqtisadi rayonların yaradılmasının vacibliyini vurğulamışıq. Rayonların iri İqtisadi Regionlarda birləşdirilməsi, yerli İcra Hakimiyyəti institutlarının ləğvini, yerli özünüidarənin gücləndirilməsini, Mer seçkilərinin təşkilini dəfələrlə gündəmə gətirdik.
Prezident bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni idarəçilik sisteminin yaradılması ilə bağlı fərman verdi – məncə bu yeni islahatların ilk işarəsidir. Növbəti addım kimi, çox güman, Konstitutsiya dəyişikliyi olacaq. Bu məsələ artıq yetişib, yeni “ictimai sazişə”, yeni idarəçilik modelinə acil ehtiyac var – iqtisadiyyatda atılan addımlar idarəetmə sisteminin dəyişməsi baş verməsə, ədalətli məhkəmə sistemi yaranmasa müsbət nəticə verə bilməz.
Natiq Cəfərli axırda fikirlərini belə yekunlaşdırır, ilk addımlar atıldı, ilk qərarlar verildi, artıq Hərbi Qələbənin siyasi, iqtisadi və sosial keyfiyyət dəyişikliyinə çevrilməsi zamanıdır. Yolumuz və zehnimiz açıq olsun!
P.S. Maraqlı məqam: Meydan TV-yə 20 Oktyabr 2020-ci ildə verdiyim müsahibədən sitat: " Qarabağın və 7 rayonun qaytarılması, ərazi bütövlüyünün təmin edilməsi iqtisadi potensiala da müsbət təsir göstərəcək. Ancaq köhnə idarəetmə, yerli icra hakimiyyəti sistemi ilə yanaşmaq olmaz. Həmin rayonların bərpası üçün yeni iqtisadi və idarəemə sistemi lazım olacaq".
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.