Məhkəmə DSMF-nin “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətova qarşı şikayəti üzrə qərarını açıqlayıb

5-02-2016, 12:30           
Məhkəmə DSMF-nin “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətova qarşı şikayəti üzrə qərarını açıqlayıb
Bakə Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon Şöbəsinin “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətova qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə M. Mədətovun iddiasının qeyri-mümkün hesab edilməsi, birinci instansiya məhkəməsinin qərarının isə ləğv edilməsi barədə qərardad qəbul edib.

Qeyd edək ki, M. Mədətov əmək pensiyasının təmin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərarla razılaşmayan DSMF-nın Xətasi rayon Şöbəsi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Onu da qeyd edək ki, 2014-cü ildə Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən X. Mədətovun verdiyi apellyasiya şikayəti təmin edilməyib.

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.