Şişirdilmiş qiymətlərlə satınalmaları nazirliklər, dövlət idarələri və dövlət şirkətləri həyata keçirdir - İqtisadçı ekspert
27-01-2021, 07:17
Məni əvvəllər ən çox qəzəbləndirən məsələrdən biri məmurlaın öz işlərində olan qüsurlarla bağlı şikayət etmələri olub – sənin cavabdeh olduğun sahədə problem varsa, həll elə, daha niyə cəmiyyətə şikayət edirsən ki?! Problemləri həll edə bilmirsənsə, olsun, elan etdin lap yaxşı, sonra da istefa ver, qoy bacaran gəlib problemi həll etsin. Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır, sonra bu o qədər adiləşdi ki, indi artıq belə bəyanatlar məni güldürür – Azərbaycan Respublikasının Baş Naziri hökumətdən şikayətçidir, deyir ki, sitat: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır". Satlnalmaları kim həyata keçirir? Nazirliklər, dövlət idarələri və dövlət şirkətləri. Bu qurumlar kimə tabedir? Nazirlər Kabinetinə. Tender və satınalmalara kim nəzarət etməlidir? Nazirlər Kabineti. Bəs yaxşı o zaman Baş Nazir bu problemdən mənə - vətəndaşa niyə şikayət edir ki?! Belə neqativ, korrupsiya qoxan tenderlər, satınalmaların qarşısını almaqdansa, niyə və kimə şikayət edir?! Xub, olsun, şişirdilmiş qiymətlərlə satınalmaların qarşı alınmalıdır, oldu, yaxşı o zaman hörmətli Əli Əsədov konkret vaxt və metodlar da elan etsin – nə zaman və necə alınacaq?! Nə vaxt nəticə gözləyək?! Nə zaman bu xeyir iş baş verəcək?!