AZAL Bakı və Dubay arasında reyslər həyata keçirməyə başlayır

28-01-2021, 22:45           
AZAL Bakı və Dubay arasında reyslər həyata keçirməyə başlayır
Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

“Azərbaycan Hava Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək.

Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.

Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

– vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;

– Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

– Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;

– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.

Hər iki istiqamətdə uçan sərnişinlər üçün:

– testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

– pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq: https://youtu.be/-s-0s4o1L2M












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.