ŞAMAXININ BAŞ HƏKİMİNDƏN İCRA BAŞÇISINA ŞİKAYƏT
7-04-2015, 15:12
Şamaxıdan GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bu dəfə rayonun baş həkimindən və onu himayə edən şəxslərdən bəhs edilir. Müraciət müəllifləri yazırlar ki, rayonda məmur özbaşnalıqları pik həddə çıxıb. Məsələ burasındadır ki, bununla bağlı olaraq icra hakimiyyətinə edilən müraciətlər də müsbət olaraq həllini tapmır. Məlumatlara əsasən bununla bağlı olaraq ortada olan məqamlar da ondan ibarətdir ki, bu faktlarla bağlı olaraq araşdırmalarımız davam edir.
Şikayətçilər yazır daha sonra yazırlar:
- Hörmətli redaksiya biz Şamaxı rayon sakinləri dəfələrlə olkə başçısına sizin vasitənizlə müraciət edərək Şamaxı rayonunda məmur özbaşınalıqları barədə məlumat verməyə çalışmışıq.Lakin yerli məmurlar bundan ruhlanaraq fəaliyyətlərinin yenə də davam etdirməkdədirlər.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədova havadarlıq edən Qasım Qasımov indi də baş həkimin vasitəsilə ölü canların pulunu bölməkdədirlər.
RMX-da onlarla həkim, ondan bir qədər də çox tibb baçısı var ki, adları ştat cədvəlində olsa da özləri faktiki illərdir işə çıxmırlar.Sual olunur əgər rayon rəhbərliyi bundan xəbərsizdilərsə çox pis yo xəbərləri varsa göz yumurlarsa ondan da pis.
Əgər bunlarda Asif Ağayevin xəbəri yoxdursa buyurub dediyimiz faktları yoxlatdıra bilər.Yox əyər varsa onda heçnəyə ehtiyac yoxdur.Qoy işbazlar ölü canları yeməkdə davam etsin.Bundan nəticə çıxarmasalar biz tibb işçiləri, kimlərinsə yerinə işləyən insanlar müraciətlərimizi davam etdirəcəyik.