Şəhidin yardımı ilə dolanan ailə acınacaqlı durumda - VİDEO

18-02-2021, 23:50           
Şəhidin yardımı ilə dolanan ailə acınacaqlı durumda - VİDEO
Sumqayıt şəhərində yaşayan azyaşlı Əli Həbibov ailəsinə kömək etmək üçün küçədə salfet satır.

KONKRET.az xəbər verir ki, Baku TV acınacaqlı vəziyyətdə olan Həbibovlar ailəsinin qonağı olub.

İllər əvvəl atasını itirən Ə.Həbibovun anası xəstəlikdən əziyyət çəkir. Yaşamaq üçün evləri belə olmayan ailəyə uzun müddət şəhid xüsusi təyinatlı Şəhriyar Quliyev köməklik edib. Ailə müvəqqəti olaraq maşının yük yerini özlərinə sığınacaq edib.

Kiçik yaşından anasının və bacısının məsuliyyətini öz üzərinə götürən Ə.Həbibovun ailəsinə kömək lazımdır.

Yardımsevər şəxslər bu ailəyə kömək üçün (+994) 55 214 71 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ətraflı süjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru