Azərbaycan və Türkiyə arasında daha bir sənəd imzalandı - RƏSMİ

20-02-2021, 00:45           
Azərbaycan və Türkiyə arasında daha bir sənəd imzalandı - RƏSMİ
Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib.

“Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm”, - deyə nazir qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru