Azərbaycanın ticarət dövriyyəsi və ixracı - KƏSKİN AZALIB, RƏQƏMLƏR

20-02-2021, 10:02           
Azərbaycanın ticarət dövriyyəsi və ixracı -
2021-ci ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 411 milyon 514 min dollar təşkil edib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvarı ilə müqayisədə 400 milyon dollar və ya 15,4% azdır.

Yanvar ayında Azərbaycandan xaricə ixrac 1 milyard 624 milyon dollar, xaricdən idxal isə 787,5 milyon dollar olub. Xarici ticarətin müsbət saldosu 836,5 milyon dollar təşkil edib.

Ötən ilin yanvarı ilə müqayisədə, Azərbaycandan xaricə ixrac 506 milyon dollar və ya təqribən 24% azalıb. İdxal isə, əksinə, 66,6 milyon dollar və ya 9,2% artıb.

Xarici ticarətin müsbət saldosu ötən ilin yanvarı ilə müqayisədə 572 milyon dollar və ya 40,6% azalıb.

Xarici ticarətdə pay bölgüsü (%)



Ümumi dövriyyə İxrac idxal

Yanvar, 2020 100% 74,7% 25,3%

Yanvar, 2021 100% 67,3% 32,6%












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru