AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert

22-03-2021, 19:31           
AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert
"Azərbaycanda aviabiletlərin qiymətinin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçılıq siyasətidir".

Sfera.az-ın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıdan Türkiyənin İstanbul şəhərinə uçuş biletlərinin qiymətinin 300 dollara olmasına münasibət bildirərkən deyib. O deyib ki, AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır:

"Ya da buraxdığı şirkətlərlə öz qaydalarına uyğun işləməsinə, yəni, AZAL-ın qaydalarına uyğun işləməsi üçün təzyiq göstərir. Yoxsa həmin şirkətlərin Azərbaycan bazarında işləməsinə maneçiliklər törədərlər. Ona görə də lokos şirkətlər, ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmirlər. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcbur qalırlar".

Natiq Cəfərli qeyd edib ki, AZAL-ın bu inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarının cibinə ziyan vurur, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əsas əngəllərdən biridir:

"AZAL-ın bu siyasəti nəticədə Azərbaycanın turizm potensialına da böyük zərbə vurur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru