Cavid Qurbanov daha bir beynəlxalq şirkətlə məhkəmə çəkişməsində (TƏFƏRRÜAT/VİDEO)

23-03-2021, 14:10           
Cavid Qurbanov daha bir beynəlxalq şirkətlə məhkəmə çəkişməsində (TƏFƏRRÜAT/VİDEO)
"Azərbaycan Dəmir Yolları” QSC "RBC Group Czech S.R.0.” şirkəti ilə məhkəmə çəkişməsindədir.

HİT.Az xəbər verir ki, "RBC Group Czech S.R.O.” konsaltinq şirkətidir. Çexiyada fəaliyyət göstərən şirkət 2015-ci ildə Azərbaycanda nümayəndəlik açaraq, bir sıra dövlət qurumlarına, o cümlədən "Azərbaycan Dəmir Yolları” QSC-yə konsaltinq xidməti göstərib.

QSC ilə Çexiya şirkəti arasındakı məhkəmə çəkişməsinə gəlincə, ikinci müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı iddia qaldırıb. İşə Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılıb. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan şirkət apelyasiya şikayəti verib. İş hakim Cahangir Yusifovun icraatındadır. Aprelin 1-nə baxış iclası təyin edilib.

Son vaxtlar "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov xarici şirkətlərlə tez-tez məhkəmədə üz-üzə gəlməli olur. Bundan əvvəl QSC sədrinin ABŞ şirkətinə məxsus "Azer Mega Response Pazarlama Ltd” emal zavodu ilə məhkəmə çəkişməsi barədə məlumat vermişdik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru