"Azərbaycanda 3 iqlim qurşağı və 8 iqlim tipi var və deputatın açıqlaması mifdir."- Deputatın daha bir yalanı ortaya çıxdı...

27-03-2021, 09:38           
"Azərbaycanda 3 iqlim qurşağı və 8 iqlim tipi var və deputatın açıqlaması mifdir."-
Deputat Naqif Həmzəyev bildirib ki, dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcuddur.

Arqument.az xəbər verir ki, "Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

"Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib", - deputat elə deyib.

Məlumatda qeyd olunur ki, Azərbaycan şimal yarımkürəsinin 38°25′ – 41°55′ şimal enlikləri və 44°50′ – 50°51′ şərq uzunluqlarında yerləşir.

Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə d0ktoru Məhərrəm Həsənov açıqlamasında deyib ki, Azərbaycan üç iqlim qurşağında yerləşir: "Ölkə ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir. Azərbaycanda 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var".

"Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azərbaycanda 3 iqlim qurşağı və 8 iqlim tipi var və deputatın açıqlaması mifdir.

Naqif Həmzəyev Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP-ın Gəncə şəhər təşkilatının sədridir.

O, uzun müddət mediada Rəsulzadəni təhqir edən deputat kimi gündəmdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru