"Təmiz Şəhər" ASC-dən on beş min borcu olan şirkətə 297 minlik tender

10-04-2021, 07:07           
"Təmiz Şəhər" ASC-dən on beş min borcu olan şirkətə 297 minlik tender
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti 297.826 manatlıq satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "Təmiz Şəhər" ASC-nin "Müxtəlif təyinatlı xüsusi texnikalar vasitəsi ilə xidmətlərin satın alınması" lotu üzrə keçirilən satınalmanın qalibi "Yaşıl Vadi-RMP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.


"Yaşıl Vadi-RMP" MMC 2010-cu ildə dövlət reyestrində qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Axundov Rüfət Arif oğludur.

"Yaşıl Vadi-RMP" MMC-nin hazırda dövlətə 15.782 manat borcu var.



Azərbaycan Respublikasının Satınalmalar Haqqında olan Qanununa görə satınalmalarda iştirak edən şirkətlərin tender komissiyasına təqdim etdiyi mühüm sənədlərdən biri də dövlətə vergi borcunun olmaması haqqında müvafiq orqanlardan alınan arayışdır.

Xatırladaq ki, "Yaşıl Vadi-RMP" MMC-yə Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәt maliyyә dәstәyi göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru