“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI

12-08-2021, 15:49           
“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir
“Bolt” taksi sifarişçiləri nağdsız ödənişlərlə bağlı problemlə üzləşiblər.

Bizim.Media xəbər verir ki, məsələ sosial şəbəkələrdə müzakirə yaradıb.

Bildirilir ki, sifariş verildikən sonra taksi sürücüsü təkrar zəng edərək, ödənişin nağd və ya nağdsız şəkildə həyata keçiriləcəyini soruşurlar. Nağdsız ödəniş olacağı təqdirdə sifarişdən imtina edilir.

Bu durum bir neçə amillə əlaqələndirilib. “Bolt”da çalışan insanların vəsaiti nağdlaşdırmaqda çətinlik çəkdiyi bildirilir. Yəni sürücülərin şirkətdən öz pullarını ala bilmədikləri ilə bağlı iddia var.

Digər tərəfdən isə durum vergidən yayınma kimi xarakterizə edilir. Bildirilir ki, banklar ödənişlərə əlavə komissiya haqqı tutur – məsələn, Kapital Bank 12.96 AZN gediş haqqına 2.33 komissiya haqqı əlavə edib.

Eləcə də bildirilir ki, “Bolt” şirkətində gediş haqları sifarişçiər üçün əlverişli olsa da, sürücülər istismar olunur.

Suallarımızı cavablandırmaq üçün şirkətin Bakı ofisi ilə əlaqə saxlamaq cəhdimiz isə həmişə olduğu kimi alınmadı. “Bolt”un saytında göstərilən telefon nömrəsi işləmir. Məsələ isə açıq qalır, şirkətin mövqeyini və durumla əlaqədar izahını dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru