Baş infeksionist: "Qapanmalara getmək zəruri olacaq" - VİDEO

14-08-2021, 08:56           
Baş infeksionist: "Qapanmalara getmək zəruri olacaq" - VİDEO
Azərbaycanda koronavirusa yoluxma halları artır.
İki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində 12 min 185 yoluxma və 74 ölüm halı qeydə alınıb.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.

Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.

Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.

"Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək zəruri olacaqdır",- deyə baş infeksionist qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru