Bu dəfə rektor OĞULLARINI prorektor təyin etdi - ikinci nonsens

8-03-2016, 17:31           
Bu dəfə rektor OĞULLARINI prorektor təyin etdi - ikinci nonsens
Bakı Avrasiya Universitetindən (BAU) başqa daha bir universitetdə də rektor öz oğlunu, bu dəfə həm də oğullarını prorektor təyin edib. BAU rektoru Nazim Hüseynlinin öz oğlu Günhan Hüseynlini prorektor, qızı Nigar Hüseynovanı isə İcra aparatının rəhbəri təyin etməsi barədə xəbər yayılandan sonra, redaksiyamıza daxil olan bir məlumatda bildirirlir ki, Odlar Yurdu Universitetində (OYU) də eyni vəziyyətdir.

Burada isə rektor, Milli Məclisin deputatı Əhməd Vəliyev iki oğlunu müxtəlif sahələr üzrə prorektor vəzifəsinə təyin edib. Samir Vəliyev 1-ci prorektordur, Munir Vəliyev isə maliyyə məsələləri üzrə prorektor vəzifəsinə təyin edilib. Məlumata görə, rektor başqa əsas vəzifələri də öz qohumlarına həvalə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.