Beyləqanda şəhid Elvin İsmayılovun şəhadətə qovuşmasından bir il keçir – RUHUN QARŞISINDA BAŞ ƏYİRİK ŞƏHİDİM!

3-10-2021, 23:11           
Beyləqanda şəhid Elvin İsmayılovun şəhadətə qovuşmasından bir il keçir – RUHUN QARŞISINDA BAŞ ƏYİRİK ŞƏHİDİM!
Beyləqan rayonunun Vətən müharibəsi şəhidi İsmayılov Elvin Tələt oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il vaxt ötür. Şəhidin il mərasimi böyüyüb boya-başa çatdığı Beyləqan rayonunun II Əlinəzərli kəndində keçirilib.
Mərasimdə QMİ-nin Beyləqan rayon üzrə səlahiyyətli nümayəndəsi Mir Səccad Ağa, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon təşkilatının sədri Rövşən Namazəliyev, XTQ giziri, qazi Asim Əliyev (digər qazilərlə birlikdə) və “RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu iştirak edib şəhidin valideynlərinə baş sağlığı veriblər.
Mərasimdə şəhidin doğmaları və yaxınları ilə bərabər kənd ictimayyətinin nümayəndələri və şəhid ailələri də iştirak ediblər.
RealMedia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.