7 milyonluq tenderi udan şirkət vergi borcunu vaxtında ödəmir

21-10-2021, 16:50           
7 milyonluq tenderi udan şirkət vergi borcunu vaxtında ödəmir
Qusar Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi "Şabran-D" MMC olub.

Teref.Az yeniavaz.com-a istinadla xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin sifarişi ilə "Şabran-D" MMC 7 milyon 147 min 850 manata şəhər yollarını əsaslı təmir edəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan "Şabran-D" MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Akad. Həsən Əliyev, ev 92A, m. 1”də yerləşir.
11 min 547 manat 35 qəpik vergi borcu olan "Şabran-D" MMC-ninqanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru