"Samir müəllim, biz get-gedə bu xərcləri artırırıq, hara gedirik?" - Deputat Vahid Əhmədov maliyyə nazirinə sual etdi

10-11-2021, 15:10           
"Samir müəllim, biz get-gedə bu xərcləri artırırıq, hara gedirik?" -
Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib məsələlərə diqqət çəkdi.

Deputat qeyd etdi ki, söhbət ayrı-ayrı sahələrdə kifayət qədər azadolmalardan gedir: “Burada söhbət milyonlardan yox, milyardlardan gedir. Neçə vaxtdır biz deyirik ki, gəlin bu şirkətləri özəlləşdirək, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun”.

V. Əhmədov qeyd etdi ki, ölkədə kölgə iqtisadiyyatı mövcuddur və biz bunun qarşısını almaq üçün ciddi addımlar atmalıyıq.

Deputat Hesablama Palatasının fəaliyyətini təqdir etdi. Amma gözləntilərini də bölüşdü: “Əsas məsələ büdcənin şəffaflığını, hesabatlılığı təmin etməkdir. Kölgə iqtisadiyyatının aradan qaldırılması, rüşvət, korrupsiyanın qarşısını almaq üçün Hesablama Palatası daha ciddi addımlar atmalıdır”.

V.Əhmədov təqdir etdiyi məsələlərdən də bəhs etdi: “İlk dəfə Neft Fondundan transfer vəsaiti kəskin azaldılıb, təqribən 450 milyon manat”.

V.Əhmədov büdcədə cari xərclərin gələn il də artırılacağından narahatlığını ifadə edərək, maliyyə nazirinə xitab etdi: “Samir müəllim, biz get-gedə bu xərcləri artırırıq, hara gedirik?”

musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.