“BNA-nın cərimələrinin həddi-hesabı yoxdur” - Fazil Mustafa

10-11-2021, 15:16           
“BNA-nın cərimələrinin həddi-hesabı yoxdur” - Fazil Mustafa
“Bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.
O bildirib ki, rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır: “Artıq bütün vətəndaşların cəriməsi var. Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur. Bu, yol infrastrukturunun düzgün qurulmasının problemidir, cəriməsini isə vətəndaş ödəyir”.
F. Mustafa deyib ki binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir: “Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru