Bakıda elit restoranda müştəridən “zaryadka” pulunu da aldılar - FOTOFAKT

24-03-2016, 20:43           
Bakıda elit restoranda müştəridən “zaryadka” pulunu da aldılar - FOTOFAKT
Bakının mərkəzində yerləşən “Confetti” restoranında biabırçı olay yaşanıb.

Restorana gələn müştərilərdən biri ofisiantdan telefonunun enerjisinin doldurulmasını xahiş edib. Sonda isə hesab gələrkən müştəri təəccüblənib. Belə ki, hesabda “zaryadka - 1 manat” sözü yazılıb.

Maraqlıdır ki, 90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.

Həmin fotonu sosial şəbəkədə paylaşan xanım şokda olduğunu deyib və bu statusu onlarla insan paylaşıb, restoranı tənqid edib.

Onu da qeyd edək ki, hesabın türk dilində yazılması da birmənalı qarşılanmayıb.(Azxeber.com)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.