Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA

20-01-2022, 12:07           
Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi barədə fikirlərə aydınlıq gətirilib.

Bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlama verib.

"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - deyə nazir pandemiya ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləyib.

"Hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Karantin rejiminin daha da sərtləşdirilməsinə əsas yoxdur, vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu, reanimasiya çarpayı fondu, tələb olunan tibbi avadanlıq və dərman təchizatı ən yüksək səviyyədədir. Bu baxımdan bir problem yoxdur. Təbii ki, yoluxmaların gedişatı növbəti addımların atılmasını müəyyən edəcək”, - deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru