DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib

21-01-2022, 13:25           
DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru