Ünvanlı sosial yardım ala bilməyən ailə - VİDEO

26-01-2022, 10:28           
Ünvanlı sosial yardım ala bilməyən ailə - VİDEO
Tərtər rayon sakini Eldəniz Əzizov əslən Kəlbəcər rayon Qaragüney kəndindəndir. Problemə üz tutmaq səbəbi çoxuşaqlı ailəsi ilə üzləşdiyi çətinliklər və bu çətinliklərə görə sosial yardım ala bilməməsidir.

Hazırda Tərtər rayon Şıxarx qəsəbəsində yaşayan ailədə 4 azyaşlı böyüyür. Eldəniz Əzizov fəhlə kimi çalışsa da, aldığı məvacibin ailəsinə çatmadığını deyir.

Dediyinə görə, Ünvanlı sosial yardım üçün etdikləri müraciətlərə isə istədikləri cavabı ala bilməyiblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Ordan bildirildi ki, Tərtər rayon sakini Əzizov Eldəniz Xanoğlan oğlu 23.07.2021-ci il tarixdə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron qaydada müraciət edib.

Maddi-məişət şəraitinin müayinəsi zamanı onun “Ərizə-bəyannamə”də torpaq mülkiyyəti barədə məlumatı və adına olan telefon nömrəsini qeyd etmədiyi müəyyən edilib və bu səbəbdən müraciət imtina cavabı verilib.

Vətəndaş “Ərizə bəyannamə”də torpaq mülkiyyəti barədə məlumatı və adına olan telefon nömrəsini qeyd etməklə yenidən elektron qaydada müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun olub-olmadığına baxılacaq.

Belə... Eldəniz Əzizova yenidən düzgün qaydada müraciət ünvanlamasını tövsiyyə edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.