Tikinti materialları alıb, yarım milyon borcu ödəməyən ata-bala kimin adından istifadə edir? – MÜRACİƏT

26-01-2022, 13:47           
Tikinti materialları alıb, yarım milyon borcu ödəməyən ata-bala kimin adından istifadə edir? – MÜRACİƏT
Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Seyidov Yavər Tofiq oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyatı dövlət orqanlarına Əbdürəhimov Minavəddin Daşdəmir oğlu və onun oğlu Tərlanın ona qarşı hədə-qorxu gəlməklə etdiyi dələduzluq nəticəsində vurduğu cəmi 502 min manat pulun alınaraq geri qaytarılması ilə bağlı şikayət məktubu ünvanlanıb. Aktualinfo.org vətəndaş Yavər Seyidovun sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:

Mən, işimlə əlaqədar son illər Bakının Sabunçu rayonu ərazisində Zabrat qəsəbəsində icarəyə götürdüyüm yerdə tikinti materiallarının icarəsi və satışı ilə məşğul oluram. 2019-cu ildə əslən Qusar rayonundan olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Əbdürəhimov Minavəddin Daşdəmir oğlu mənə yaxınlaşaraq bildirdi ki, o inşaat iş icraçısı olaraq Bakıda sifarişlər əsasında şəxsi evlər və obyekt tikintisi işilə məşğul olur. Bu adamın Bakı şəhərində 4 evinin olduğu məlum oldu. Minavəddin ( el arasında ona Mamed adıilə müraciət edirlər.) hər dəfə icarə adı altında Yunus adlı şoferilə yaxınlaşaraq müxtəlif tikinti materiallarını alıb aparırdı. Və məni inandırdı ki, Bakıda yaşadığı evləri satıb bütün pullarını-borcunu ödəyəcəkdir. Əvvəl buna əhəmiyyət vermirdim. 2019-2021-ci illər ərzində bu adam mənim obyektimdən lazım olan materialları nisyə olaraq daxili qaimə faktura sənədləri əsasında daşıdı. Hətta material mənim obyektimdə olmayanda mənim əvəzimə qonşu sahibkarlarda olan materialları da icarə adı ilə daşıdı, lakin heç birini qaytarmadı. Məlum oldu ki, bu adam məni aldatmaqla məşğul olub. O mənim etibarımı qaznmaq üçün peşəkarcasına əvvəl-əvvəl götürdüyü mal-materialın pullarını bir iki dəfə verirdi. Sonra isə daimi müştəri kimi özünü göstərərək dələduzluq metoduna keçdi. Nəticədə Minavəddin bu günə kimi 180 000 manatlıq müxtəlif inşaat materiallarını icarə adı altında götürmüş və heç birini geri qaytarmamışdır. Bu materiallardan 1790 ədəd dəmir dirəyi Məzahir adlı qonşu sahibkardan icarəyə götürmüşdüm və indi də ona borclu qalmışam. Seyid adlı şəxsdən isə 2200 dəmr dirək, 320 ədəd dəmir rama, 530 ədəd dikt, 10 kub m. taxta və 24500 manat icarə pulu borcum qalmışdır. Bu gün də materialları ona daşıyan sürücülər bidirirlər ki, faktı istənilən zaman rəsmən təsdiq edə bilərik. O da məlum olub ki, özünə münasib Yunus adlı sürücü ilə bizdən icarə adına götürüb daşıdığı materialların hamısını aparıb satıb pulunu mənimsəmişdir. Hal hazırda Minavəddinin icarə adına götürdüyü malların dəyəri 180000 manat, icarə pulu isə 322 000 manat bizə borcu yığılıb qalmışdır. Cəmi 502000 manat. Budur, borcluların bir hissəsini ödədmək üçün Oğuz şəhərində olan evimi və torpağımı satıb ödəmişəm. Onun Bakıda yaşayan arvadı və oğlu da mənim yanıma gəlib bildirdilər ki, narahat olmayım, kişinin borcu bizim ailənin borcudur və evlərimizi satıb ödəyəcəyik. Ancaq bu günə kimi heç bir ödəniş olmayıb. Doğrudur, Minavəddin əvvəllər borcunu qaytarmağa söz versə də 2021-ci ilin oktyabrında Bakıda Binəqədində mebel sexində işləyən oğlu Tərlan mənə zəng edib bildirdi ki, bir də atası ilə görüşməsin və ona zəng etməyim. Bildirdi ki, atasına da deyib ki, Yavərə heç bir pul vermirsən. Mən, Binəqədidə 1-ci xanım Mehriban Əliyevanın mebel sexini işlədirəm. Heç kimdən qorxmuruq, get hara istəyirsən şikayət et, atam sənə pul verməyəcək. Bildirim ki, atası da hazırda Bakıda “Gənclikdə” “Kral” şadlıq evinin yanındakı bir kafeni icarəyə götürüb işlədir. Mənə qarşı da bu ailə açıq-aşkar Mehriban xanımın adından süi-istifadə edərək dələduzluq edirlər, pulumu qaytarmırlar. Mənə sonradan məlum oldu ki, bu ailə belə başqalarına da mənə etdikləri kimi dələduzluqlar edib qazanmaqla Bakıda 4 yerdə bahalı evlər almışlar.

Çox hörmətli Prezident və xanım Mehriban Əliyeva. Sizlərdən çox xahiş edirəm ki, dələduz Əbdürəhimovlar ailəsinin mənə qarşı Sizin adınızdan süi-istifadə edərək mənə olan borc pulu istəməməyim üçün hədə-qorxu gələn Tərlan Minavəddin oğlu Əbdürəhimovu və atasından ibarət dələduz dəstənin əməllərinə hüquqi qiymətin verilməsi və mənə olan cəmi 502000 manat borclarının ödənilməsinə köməklik göstərəsiniz. Sağ olun.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.