AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT - İcazə verin, şübhələnək...

22-02-2022, 11:35           
AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT - İcazə verin, şübhələnək...
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) çəkiliş avadanlıqlarının icrasının satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsinin (Təkliflər sorğusu) nəticəsi məlum olub.

DİA.AZ xəbər verir ki, tenderin qalibi fiziki şəxs Hüseynov Yaqub Akif oğludur (VÖEN-1502162372)

AzTV Yaqub Hüseynova icarəyə götürdüyü çəkiliş avadanlıqları üçün 114 min 546 manat ödəyəcək.

DİA.AZ xatırladır ki, bu gün AzTV özünün maddi-texniki bazası baxımından dünyanın ən öndə gedən telekanalları ilə rəqabət apara biləcək səviyyədədir və bu faktdır. Hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılması ilə yanaşı, əlavə olaraq dövlət telekanalına avadanlıqların alınması məqsədilə digər dövlət qaynaqlarından da vəsaitlərin cəlb olunması faktı mövcuddur.

Belə bir şəraitdə hörmətli AzTV rəhbərliyinin kimlər üçünsə xırda görünə biləcək 115 min manata avadanlıq icarəsinə nələrin vadar etdiyini izah etməsi çox maraqlı olardı. Yəni nə zərurət var idi ki, AzTV avadanlıq icarəyə götürsün?

Ənənəvi sualımız qüvvəsindədir: İcazə verin, şübhələnək...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru