Azərbaycanda kreditlərin dollarlaşması tarixi minimumu yeniləyib

23-02-2022, 00:02           
Azərbaycanda kreditlərin dollarlaşması tarixi minimumu yeniləyib
Bu ilin yanvar ayının 31-nə Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 17,242 mlrd. manat təşkil edib. Bu, illik müqayisədə 18,2% çoxdur.

Sozcu.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 25,7%-i xarici valyutadadır və beləliklə, kreditlərin dollarlaşması statistikanın əlçatan olduğu tarixdən – 2001-ci ildən bəri ən aşağı səviyyədədir.

Qeyd edək ki, son bir ildə kreditlərin dollarlaşması 3,7 faiz bəndi azalıb. Kreditləri dollarlaşmasının pik həddi isə 2001-2005-ci illərdə müşahidə olunub – 60%-in üstündə. 2006-cı ildə manatın 5000:1 nisbətində denominasiyasından sonra bu nisbət tədricən azalaraq indiki səviyyəyə enib.

Xatırladaq ki, əmanətlərdə də de-dollarlaşma prosesləri davam edir. Bu ilin yanvarın 31-nə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib və 39,3% təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru