Bura 4 il əvvəl poliklinika idi... - FOTO

23-02-2022, 11:08           
Bura 4 il əvvəl poliklinika idi... - FOTO
2018-ci ildə yararsız vəziyyətdə olduğu üçün bağlanan, Binəqədi rayonunda, 6 -cı mikrorayonda yerləşən 27 saylı poliklinikanın indiki vəziyyətini əks etdirən görüntülər yayılıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, otoları Sadıq Əliverdibəyli lentə alıb.

Vaxtilə tibb xidmətinin göstərildiyi poliklinikadan geriyə qalan uçuq-sökük divarlar olub.

Qeyd edək ki, həmin poliklinika 9-cu mikrorayon ərazisində yerləşən 9 saylı poliklinikanın yerləşdiyi binaya köçürülüb. Bu poliklinika binasının təmir ediləcəyi və yaxud yerində hansı tikilinin inşa ediləcəyi ilə bağlı məlumat isə verilməyib.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.