Qarabağ Qazisi “Bakı Telefon Rabitəsi” MMC-nin YALANINI ÇIXARDI - AÇIQLAMA

23-02-2022, 16:21           
Qarabağ Qazisi “Bakı Telefon Rabitəsi” MMC-nin YALANINI ÇIXARDI - AÇIQLAMA
Az əvvəl “Bakı Telefon Rabitəsi” MMC Qazinin iddialarına CAVAB VERDİ başlıqlı məlumatı təqdim etmişdik.

Bununla əlaqədar, qarşı tərəf olaraq Qarabağ Qazisi Məğrur Bədəlli münasibətini açıqlayıb. Teref.az həmin açıqlamanı təqdim edir:

""Baktelekom"un cavabının saxta , yalan olduğu elə cavabın özündən görünür. Telefon xidməti yalandan yazır ki, 2007-ci və 2008-ci ildə iki ayrı nömrəli telefon xətti çəkilib. Çəkilibsə, bunu təsdiq edən müqavilə Baktelekomda olmalıdır, niyə onu sübut kimi təqdim etmirlər? Mənim ilk nömrəm 1988-ci ildə 102 manat çəkiliş haqqı ilə gerçəkləşib. Niyə mediaya yalan məlumat verilir? Eyni zamanda kabelləşmiş binaya telefon nömrəsinə görə iki dəfə çəkiliş haqqı alınması hansı qərarda yazılıb? 2007-2008-ci illərdə, gərək ki, 2012-ci ilə kimi 2 manat olması da faktdır. Ən başlıcası, telefon abunə haqqının sahibkarlıqla məşğul olan Qarabağ qazilərinə 7.60 manat olması harda , hansı qanunda nəzərdə tutulub? Bir də bu telefon dəllalları necə müəyyən ediblər ki, yataq xəstəsi Qarabağ qazisi telefondan sahibkarlıq amacı ilə yararlanır? Və necə müəyyən ediblər ki, 2 nömrədən məhz biri "sahibkarlıqla məşğul olur"? "Əlillərin sosial müdafiəsi haqqında" (hazırda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" ) qanunun tələbinə görə isə , icra hakimiyyəti orqanları , digər qurumlar əlillərin istifadəsi , sahibkarlıq fəaliyyətinin təminatı üçün istifadələrində olan obyektləri , rabitə-nəqliyyat və s. qurğularını əlilliyi olan şəxslərin istifadəsinə verməyə borcludurlar. Bunu etməyənlərə sanksiya tətbiq edilməsi də qanunun tələbidir. Baktelekom dövlətin əlilliyi olan şəxslər haqqında siyasətinə eyni nömrəyə görə 2 dəfə çəkiliş haqqı , 2 manat əvəzinə 7.60 manat abunə haqqı almaqla "töhfə verir"? Hələ bir utanmadan mətbuata da "ritorik" yalanla korrupsiya xidmətini malalamaq yolunu tutub?"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.